Lütfi Zadənin anadan olmasının 100 illik yubelyi münasibəti ilə "Açıq dərs" keçirildi
2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.
Prezident İlham Əliyev “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixində Sərəncam imzalayıb. Sərəncama uytğun olaraq məktəbin ibtidai sinif müəllimi Nüşabə Bilalova 04 fevral 2021-ci il tarixində məktəbin 4a sinif şagirdlərinin iştirakı ilə “ Dünya şöhrətli alim – Lütfi Zadə” mövzusunda dərs keçmişdir. Şagirdlər görkəmli elm xadiminin həyat və yaradıcılıq yolu haqqında video çarxa baxmış, topladıqları məlumatları bölüşmüş, N.T.Bilalovanın onlara verdiyi geniş məlumatlarla tanış olmuşlar.