Məktəbin əsas girişi asfaltlanır
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin əsas giriş hissəsinin asfalt örtüyü çökmüşdür. 2020-2021-ci tədris ilinin II ilində ibtidai siniflərdə tədrisin əyani formada başlaması ilə əlaqədar olaraq məktəbin əsas girişindəki çökmüş asfalt örtüyü dağıdılaraq yenidən alt hissəsində bərkitmə işləri aparılaraq asfalt örtüyünün yenidən çəkilməsi işləri görülür. Yağış sularının məktəbin həyətində yığılıb qalmaması üçün xüsusi borular quraşdırılaraq kanalizasiya xətlərinə birləşdirilir.