"Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi"nə həsr olunmuş dəyirmi masa təşkil edildi

Uşaq Birliyi Təşkilatı Rəhbəri Günay Dəmirova tərəfindən 7a sinif şagirdlərinin iştirakı ilə "Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi"nə həsr olunmuş dəyirmi masa təşkil edildi. Dəyirmi masanı Günay Dəmirova öz nitqi ilə açıq elan etdi. O şagirdlərə Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı ilə bağlı qısa məlumat verdikdən sonra sözü şagirdlərə ötürdü. Şagirdlər dahi şəxsiyyət haqqında fikirlərini geniş formada izah etdilər. Topladıqları məlumatları bir-biriləri ilə paylaşaraq fikir mübadiləsi etdilər. Sonda şagirdlər hazırladıqları materialları, təqdimatları, video çarxları nümayiş etdirdilər.
Dəyirmi masanın bir hissəsi 20 Yanvar Faciəsinin anım gününə həsr olundu. Şagirdlər Faciənin hansı zaman şəraitində baş verdiyini, bu faciənin insanlıq adına ən böyük cinayət olduğunu qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi