20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi

19 yanvar 2021-ci il tarixində biologiya dərsində 6 b sinif şagirdləri ilə birlikdə 20 Yanvar şəhidlərinin 31-ci ildönümünü - Anım Gününü qeyd etdik. Əvvəlcə 20 Yanvar  şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad etdik.Sonra mən 20 yanvar 1990-cı ildə xalqımızın azadlıq uğrunda   mübarizəsinin tarixi haqqında 6 b sinif şagirdlərinə qısa məlumat verdim. Rus ordusunun əli yalın insanları necə qətlə yetirdiklərini, hətta məktəb yaşlı Larisa və başqalarını necə qətlə yetirdiklərini izah etdim. Şagirdlərdən Zərif Sultan, Əmiraslanov Sabir və Quliyeva Elgül 20 Yanvar haqqında bildiklərini yoldaşları ilə bölüşdülər.

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Ruhunuz şad olsun şəhidlər. Heç zaman unudulmayacaqsınız!

Biologiya müəllimi: Alışova Təranə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi