İlaxır çərşənbəsi münasibətilə bayram tədbiri

17 mart tarixində 171 saylı tam orta məktəbdə İlaxır çərşənbə münasibəti ilə bayram tədbiri keçirildi. Çıxış üçün söz məktəbin direktoru Rövşən Qasımova verildi. Bildirildi ki, İlaxır çərşənbə "torpaq çərşənbəsi" adlandırılır və həmin gün respublikanın hər bir yerində-şəhər, kənd, qəsəbə və bölgələrdə tonqallar yandırılır. Bu sevincli gündə xalqmız tonqalların üstündən tullanır və bütün ağırlıqlarını tonqala tapşırırlar. Rövşən müəllim öz çıxışında bütün müəllim, şagird, valideynlər və bütövlükdə xalqımızı, dövlətimizi bu əziz bayram münasibətilə təbrik etdi, onlara çoxlu ruzi-bərəkət və işlərində müvəffəqiyyətlər arzuladı, gələcəkdə belə tonqalların Qarabağda, onun beşiyi olan Şuşada yandırılmasını arzu etdi. Tədbiri ingilis dili müəllimi Əbilova Sevinc müəllimə təşkil etmişdi. Tədbirdə Novruz adət-ənənələrindən də geniş bəhs edildi. Uşaqlar hazırladıqları səhnəciklər ilə tədbirə gözəllik qatdılar. Tədbirdə ingilis və azərbaycan dilinin tərənnümü və eyni zamanda onun səhnələşdirilməsi məqamları əks etdirildi. Tədbirin xüsusi cəhətlərindən biri də o idi ki, şagirdlər əsasən ingilis dilində çıxış edirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi