Əhmədiyyə Cəbrayılov-100
29 dekabr 2020-ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Əhmədiyyə Cəbrayılovun "Əfsanəvi partizan-100 il" adlı konfrans keçirildi. Vebinara Xətai rayonu 245 nömrəli tam orta məktəbin, Şəki rayonu N. Hümmətov adına tam orta məktəbin şagird və müəllim heyəti , Fəxri qonaq əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov dəvət edilmişdi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Daha sonra isə Azərbaycanın bütövlüyü uğrunda canından, qanından keçən bütün Qarabağ şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra isə konfransın başlanması açıq elan edildi. Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tarix müəllimi Nərmin Səmədova giriş sözlərlə nitqinə başladı. "Bugünkü tədbirimiz II Dünya müharibəsi iştirakçısı, Fransa antifaşist müqavimət hərakatının görkəmli üzvü Ə.Cəbrayılovun anadan olmasının 100 illiyinə həsr edilib. Gəlin onun həyatını özündə əks etdirən videolentə baxaq. İgid Xarqonun gənclik illərini, döyüş yolunu, partizan hərəkatındakı hərbi əməliyyatlarda keçirdiyi uğurlu döyüş tarixçəsini, Vətənə qayıtmasını və s əks etdirən videoya baxdıq.
Daha sonra şagirdlərə söz verildi, 245nömrəli tam orta məktəbin 9a sinif şagirdi Nərgiz Zeynalova partizan hərəkatı nə deməkdir, onun tarixi nə zamana dayanır və igid Xarqonun partizan hərəkatındakı uğurlu döyüş yolunu əks etdirən slayd hazırlamışdı. Daha sonra S.Nərmin müəllimə partizançılardan söz açaraq" II Dünya müharibəsi dönəmində 640 mindən çox insanın SSRİ daxilində faşizmə qarşı savaşdığını bilirik. Bunun 500 mini geri qayıtmayıb. Bəziləri əsir düşüb, çoxusu dünyasını dəyişdi, bəziləri isə geri qayitdıqdan sonra kaloniyalara, uzaq Sibirə sürgün edilir ve s formada təqib edildi. Bunları bilə bilə Armed Mişel- Ə.Cəbrayılov vətəninə sevgisindən geri qayidır. Bu zaman isə 1946-1966 illər ərzində o Sovet xüsusi orqanları tərəfindən təqiblərə məruz qalmışdı. Sözü istərdim fəxri qonağımız Cavanşir Cəbrayılova verək.
-İlk öncə xoş gəlmisiz, dəvətimizi qəbul edib şagirdlərlə, müəllimlərlə olan görüşü qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk.
Daha sonra C.Cəbrayılov nitqinə başlayır və bizləri Ə.Cəbrayılovun ev muzeyi ilə virtual olaraq tanış edir.
Daha sonra Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli məktəbin 9b sinif şagirdi Ömər Həsənov Əhmədiyyə Cəbrayılovun Qarabağ savaşında şəhid olan oğlu Mikayıl Cəbrayılovla bağlı slaydını təqdim etdi. Daha sonra isə Şəki rayonu Oxud kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aygün Alxasova Əhmədiyyə Cəbrayılovun ədəbiyyatda tərənnümü ilə bağlı danışdı, məktəbin 9a sinif şagirdi Şadiman Bəlqiyasbəyli partizana həsr olunan şeirini səsləndirdi. Bundan başqa Xətai rayonu 245 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Həsənova da Xarqo romanının təhlili ilə bağlı danışdı. Sonra şagirdlərimiz fəxri qonağımıza suallarını səsləndirdilər. Maraqlı, interaktiv bir tədbir alındı. Sonda isə Xətai rayonu 171 və 245 nömrəli tam orta məktəbin direktorları Zemfira Məsiyeva və Arzu Azadəliyeva söz alaraq çıxış etdilər. Tədbirdə 245 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Məsmə Nəcəfova iştirak edirdi. Bununlada yaddaqalan tədbirin sonunda, gənclərin vətənpərvər ruhda tərbiyəsi nəzərə alınaraq Əhmədiyyə Cəbrayılovun igidliyi, vətənpərvərliyinin dövlət başçımız tərəfindən yüksək qiymətləndirilərək 11 avqust 2020 tarixdə sərəncamının verilməsi də nəzərlərə çatdırıldı. Qonaqlara iştirakı üçün təşəkkür edildi.