Xarı bülbülün Zəfər tarixi
24 dekabr 2020-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbinTarix müəllimi Abdullayeva Rufanə və Biologiya müəllimi Məmmədova Pərvin tərəfindən “Xarı bülbülün zəfər tarixi “ adlı “Açıq dərs” təşkil olunmuşdur. Dərsdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənir, sonra Qərənfil təqdimati altında şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildikdən sonra, şəhidlərimizin ruhlarına rəhmət oxunub, qazilərimizə Allahdan şəfa arzulanır. Daha sonra tarix müəllimi Rüfanə müəllimə Qarabağın tarixi haqqında təqdimatini edərək maraqlı məruzə edir. Sonra isə məktəbin biologiya müəllimi Qarabağın florası haqqında geniş məruzəsi ilə təqdimatına davam edir. Məktəbin coğrafiya müəllimi Əzizova Təranə Qarabağın coğrafiyası haqqında ətraflı məruzə ilə çıxış edir.
“Açıq dərs”də məktəbin direktoru Məsiyeva Zemfira, təlim-tərbiyə işləri üzrə direktor müavini Əhmədova Sima, tərbiyə işləri üzrə direktor müavini İsmayılov Kənan, 171 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi iştirak edirdi. Tədbirdə nəinki 171 nömrəli tam orta məktəbin, eyni zamanda 245 nömrəli tam orta məktəbin müəllim, şagird kollektivi, Uşaq Birliyi Təşkilatı Rəhbəri Məsmə Nəcəfova, Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin biologiya müəlliməsi Nərimanova Elnarə, Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Nadirova Bənövşə, Kənd Təsərrüffat Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitutunun Torpaq və bitki analizləri laboratoriyasının elmi işçisi doktorant Əhmədova Əsmər, 129 nömrəli tam orta məktəbindən uşag heyəti qatılmışdır. Dərs iştirakçılar tərəfindən yüksək qiymətləndirildi və dostluq körpüsü olaraq xoş təəssurat yaratdı.
QARABAĞIN FLORASI
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 5000-ə yaxın çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqaz respublikalarının ən zənginidir. Belə ki, respublikada yayılan bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəratinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.
Qarabağın ərazisində yayılmış bitkilər
Hirkan şümşadı – (pirkal) İlex hyrcana -Relikt növdür. Nəslinin kəsilməsi təhlükəsi var. Xankəndi yaxınlığında Badara və Daşaltı kəndləri ətrafında rast gəlinir. Dağınıq halda fıstıq, fıstıq-vələs və qarışıq meşələrdə kolluq kimi təsadüf edilir.
Qafqaz xədicəgülü Galanthus caucasicus Nərgizçiçəklilər fəsiləsindəndir. Arealı azalmaqda olan nadir növdür. Şuşada (Keçəl-Qaya və Topxana ətrafında) və Füzulidə bitir. Meşənin nisbətən açıq hissələrində və kənarlarında ağac və kolların ətrafında bitir. Ehtiyatı çox azdır.
Qarabağ dağlaləsi Tulipa karabashensis Zanbaqkimilər fəsiləsinə aiddir. Cənubi Zaqafqaziyanın nadir endemik növüdür. Dağlıq Qarabağın Şuşa, Topxana, Domu, Tağ və Tuğ kəndləri ətrafında yayılmışdır. Əsasən daşlı-çınqıllı yamaclarda bitir. Tək-tək rast gəlinir.
Şmidt dağlaləsi Tulipa schmidtii Zanbaqkimilər fəsiləsindəndir. Cənubi Zaqafqaziyaya məxsus, tükənməkdə olan endemik növdür. Xocavənd, Şuşa, Cəbrayıl rayonlarında yayılmışdır. Quru, otlu yamaclarda kolluqlar arasında bitir.
Sağsağan gülxətmisi Alcea sachsashanica Əməköməcikimilər fəsiləsindəndir. Azərbaycanın nadir endemik növüdür. Xankəndində, Şuşada (Sağsağan dağı və Cıdır düzü) və Xocavənddə yayılmışdı,əsasən quru daşlı yamaclarda bitir.
Uzunyarpaq tozbaş səhləb Cephalanthera longifolia Arealı kiçilməkdə olan və az rast gəlinən nadir növdür. Xankəndi ətrafında rast gəlinir. Aşağı və orta dağlıq qurşaqlarının meşələri və kol pöhrəliklərində bitir.
Qafqaz səhləbi Orchis caucasica Qeyri adi ,ecazkar görünüşünə görə adına əfsanələr,dastanlar yazılan el dili ilə desək Xarı bülbül ilə başlayaq. Qafqazın nadir endemik növüdür. Cəbrayıl, Qubadlı rayonları ərazisində, orta dağlıq qurşağın qayalıqları arasında, otlu yamaclarda, meşə kənarlarında, kolluqlarda bitir.
Natam limodorum Limodorum abortivum Səhləbkimilər fəsiləsinə aid çoxillik, çox nadir bitki növüdür. Dağlıq Qarabağın meşə qurşağında seyrək meşələrdə, kolluqlar arasında, meşə kənarlarında bitir.
Şərq çinarı Platanus orientalis Ehtiyyatı azalmaqda olan relikt növdür. Zəngilan rayonunun Bəsitçay və Oxçuçay vadilərində, Ağdərədə yayılmışdır. Zəngilanın milli simvoluna çevrilən Şərq çinarı Bəsitçay Dövlət Təbiət qoruğunda mühafizə olunurdu.
Adi meşə gilası Padus avium Yoxa çıxmaq həddinə çatmış nadir növdür. Laçın, Ağdərə rayonlarında yayılmışdır. Orta və yuxarı dağlıq qurşaqlarında meşə kənarında, daha çox enliyarpaqlı meşələrin tərkibində bitir.
Qırmızı Tubulqa Pyracantha coccinea Şərqi Aralıq dənizi sahillərinə məxsus nadir növdür. Dağlıq Qarabağda, Şuşa yaxınlığında Daşaltı kəndində yayılıb. Çay boyu çınqıllıqlarda, meşə kənarlarında, seyrək meşələrdə, daşlı yamaclarda rast gəlinir.
Qafqaz Xanımotusu Atropa belladonna Ehtiyatı və arealı azalmaqda olan Avropa mənşəli növdür. Kiçik Qafqazın dağ fıstıq meşəliyində, yol kənarlarında, dərələrdə bitir. Onun tərkibində azot mənşəli zəhərli atropin maddəsindən alınan məhlulundan orta əsirlərdə xanımlar gözlərinə damizdıraraq gözlərə ecazkar görüntü verirdilər. Lakin bu məhlul göz bəbəklərini genəltdiyi üçün bu insanlar ağ vərəqə baxa bilmir və yazı,pozu işi ilə məşğul ola bilmirlər.Və uzun müddər istifadə gğzləri kor edə bilər.
Giləli Qaracöhrə Taxus baccata Nadir relikt növdür. Xocavənd və Kəlbəcər rayonlarında yayılmışdır. Fıstıq-vələs meşəaltı kimi yerlərdə təsadüf edilir. Mövcud ağacları qorumaq və becərilməsini təşkil etmək lazımdır. Gövdəsinin yüksək keyfiyyəti xarici alimlərin də marağına səbəb olub. Nobel qardaşları ilk dəfə Azərbaycana onun bioloji xüsusiyətini öyrənməyə gəlirlər ,lakin Azərbaycana gəldiyi zaman buradakı yeraltı sərvətlər onların diqqətini çəkir.Və Qaraçöhrə bitkisini unudurlar.
Zaqafqaziya canavargiləsi Daphne transcaucasica Arealı kiçilməkdə olan nadir bitki növüdür. Cəbrayıl, Qubadlı rayonlarında yayılmışdır. Orta dağlıq qurşağından başlamış kirəcli əhəngdaşlı quru yamaclarda bitir.Dekorativ növdür.
Meşə üzümü Vitis silvestris Arealı azalmaqda olan nadir növdür. Xocavənd, Zəngilan (Ağbənd kəndi) rayonlarında yayılmışdır. Çay subasarları və meşələrdə bitir.
Alp vudsiyası Wodsia alpino Çox nadir növ olub arkto-alp reliktidir. Cəbrayıl rayonunda təsadüf olunur. Yuxarı dağlıq və Alp qurşaqlarında qaya çatlarında, daşlı və qayalı yerlərdə bitir. Yüksək dekorativ və elm üçün əhəmiyyətli növdür.
Fişer şternbergiyası Sternbergiya fischeriana Nadir, arealı azalan növ olub, əsasən, orta və aşağı dağlıq qurşaqların quru yamaclarında bitərək göstərilən ərazidə Şuşa rayonunun Topxana ərazisində, Ağdam rayonunun Göytəpə, Füzuli rayonunun Dövlətyarlı kəndləri ətrafında (Qaraköpəktəpə və Yelligədik ərazisi) yayılmışdır.
İtikənarlı süsən İris camillae Nadir, məhdud arealı Qafqaz endemikidir. Quru gilli-qumlu, daşlı yamaclarda və dənizkənarı qumluqlarda bitərək Xocavənd (Kuropatkino kəndi ətrafı) və Şuşa ətrafında (Topxana) yayılmışdır.
Kamilla süsəni İris camillae nadir məhdud endemik növdür. Quru, çınqıllı, daşlı yamaclarda bitərək göstərilən ərazidə Ağdam və Əsgəran ətrafında yayılmışdır.
Nazikçiçək tıs-tıs Acantholimon tenutiflorum Azərbaycanın məhdud arealı endemik növü olub quru-gilli, çınqıllı yamaclarda bitir. Tərtər rayonunun Borsunlu kəndi ətrafında rast gəlinir.
Qaya dovşanalması Cotoneaster saxatilis Azərbaycanın nadir endemik növüdür. Daşlı yamaclarda, kolluqlarda bitir. Zəngilan rayonu Ağbənd kəndi ərazisində rast gəlinir.
Gözəl telekia Telekia speciose Nəsli kəsilməyə həssas növdür.Çoxillik otdur. Antropogen təsirlər, tapdalanan otarılma,əhali tərəfində yığılma sayına ciddi zərər vermişdir. Dağlıq Qarabağda Kəlbəcərdə ,Yuxarı Ayrımlı kəndi ərazisində yayılmışdır.
QARABAĞIN TARİXİ
1.Qarabağ sözünün mənşəyi
Qarabağ Azərbaycanın ən qədim vilayətlərindən biridir.Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir.”Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir.Azərbaycan xalqının öz doğma torpağının bir hissəsinə verdiyi .”Qarabağ”sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən) işlənmişdir.Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir.
2.Ərsak toponimi haqqında
“Arsak” və ya “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak, “ər sak” , “sak kişisi” mənalarını verir. E.ə II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırdı. Lakin hələ də Qarabağ sözü ilə paralel olaraq işlədilməkdədir. Ermənilər bu ərazini “Arsak” adlandırmaqla əslində ərazinin qədim türk torpağı olduğunu etiraf etmiş olurlar. Qədimdən “Ərsak” adlandırılan ərazi bir çoxdillərdə “ə” hərfi olmadığı üçün qədim dövr müəllimləri tərəfindən mənbələrdə “Arsak” kimi verilmişdir və tamamilə türk sözü olması heç bir şübhə doğurmur.
3.Azərbaycanın ən qədim insan məskəni-Qarabağ
Qarabağ Azərbaycanın Respublikasının ən qədim və əzəli torpağıdır. Qarabağ Azərbaycanda tarixi vilayətdir. Kiçik Qafqaz dağlarından başlayaraq Kür və Araz çayları arasındakı əraziləri əhatə edir. Bildiyimiz kimi Azərbaycanın əlverişli iqlim şəraiti, təbiəti onun ərazisində ən qədim insanın yaranmasına və tədriclə formalaşmasına əlverişli şərait yaratmışdır. Tarixi qaynaqlar sübut edir ki, Azərbaycan Respublikasının Kür və Araz çayları arasında yerləşən ərazisi ən qədim insanların yaşayış məskəni olmuşdur. Qarabağ ərazisində yerləşən Füzuli şəhəri yaxınlığında dünyada ən qədim insan məskənlərindən olan AZIX, TAĞLAR mağaralarının olması dediklərimizi əyani şəkildə bir daha sübut edir. Azıx mağarasında arxeoloji qazıntılar 1968-ci ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən aparılmışdır. Qazıntılar zamanı Azıx mağarasında qədim insanın alt çənə sümüyünün bir hissəsi tapılmışdır. Buna Azıxantrop adı verilmişdir. Araşdırmalar sübut etmişdir ki, Azıxantrop təqribən 350-400 min il əvvəl yaşamışdır.
4.Qarabağın etnik tərkibi
Qarabağın köklü əhalisi türkdilli-qarqarlar, hunlar, qoroslar, peçeneklər, qıpçaqlar və xəzərlər idilər. Bütün bunlar göstərir ki, Arsaxın-Qarabağın yerli əhalisi ermənilər olmamışlar. Burada həmişə azərbaycanlıların ulu babaları yaşamışlar. Qarabağ əhalisinin maddi təsərrüfat, mədəniyyəti, inam və etiqatlarına aid zəngin etnoqrafik məlumatları təhlil edib, tarixi mənbələrə istinad edən İ.P.Petruşevski yazırdı. “Qarabağ heç vaxt erməni mədəniyyətinin mərkəzi olmamışdır. Qarabağ mədəniyyəti vahid mərkəz olub, Azərbaycan xalqına məxsusdur.”
5.Qarabağ Azərbaycan torpağı kimi siyasi hadisələrdə
Qarabağ müxtəlif əsrlərdə bu və ya digər dövlətlərin tərkibində olmuş və həmin dövlətlərin siyasi, iqtisadi, sosial və mədəni inkişafı ilə sıx bağlı olmuşdur. Belə ki, Qarabağ tarixi- etnoqrafik əyalət kimi əvvəlcə alban dövlətinin ərazisinə daxil olmuş, sonra bütün Azərbaycanla birlikdə ərəb Xilafətinin əsarəti altına düşmüş, ərəb imperiyasının süqutundan sonra IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrdə Salarilər, XII-XIII əsrlərdə Atabəy-Eldəgizlər, XIII əsrin ikinci yarısından XIV əsrə qədər Hülakülər(Elxanilər) dövlətinin, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olmuşdur.
Bu deyilənlər sübut edir ki, Qarabağ əzəli Azərbaycan torpağı olaraq, onunla birlikdə siyasi hadisələrə qatılmışdır. 1501-ci ildə Azərbaycan Səfəvilər dövlətinin yaranması. Azərbaycan torpaqllarının mərkəzləşməsinin əsasını qoydu və bu iş təxminən XVI əsrin ortalarında başa çatdı. Qarabağın Azərbaycan Səfəvilər dövlətinin tərkibinə qatılması nəticəsində burada ayrıca bəylərbəylik-Qarabağ bəylərbəyliyinin yaranmasına səbəb oldu. Qarabağ bəylərbəyliyinin mərkəzi şəhəri Gəncə idi.
6. Kürəkçay müqaviləsi
1805-ci ildə Qarabağ xanı ilə Rus imperatoru arasında bağlanan «Kürəkçay» müqaviləsi imzalandı. Müqaviləni Rusiyanın Qafqaz qoşunlarının baş komandanı Sisianov imzalamışdır. Müqavilə adlandırılmasına baxmayaraq, mahiyyətcə Kürəkçay müqaviləsi Qarabağın faciəli taleyinin başlanğıcını qoydu. Belə ki, iki yüz illik müddətdə müstəqil Azərbaycan dövlətinin qurulmasına imkan verilmədi. 11 maddədən ibarət «Andlı öhdəlik» adlanan bu müqavilə ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi.
Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu müqavilə təkcə Qarabağın deyil bütünlükdə Azərbaycanın taleyində mühüm rol oynadı. Qarabağın özünə gəldikdə isə bu müqavilənin şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı olur, Rusiya çarına görə digər xarici dövlətlərlə münasibət saxlamaq hüququndan məhrum olur, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Bundan əlavə, Şuşa qalasında və xanlığın ərazisində Rusiya qoşununun yerləşdirilməsi barədə də razılıq verilirdi. Bunlarla yanaşı çar qoşunları general-leytenantı rütbəsi verilmiş İbrahimxəlil xan birbaşa çar baş komandanına tabe idi. Eyni zamanda Rusiya hökuməti də xanın və onun varislərinin daxili idarəetmə hüquqlarına toxunmayacağını öhdəsinə götürdü.
7. Türkmənçay müqaviləsi. Ermənilərin Qarabağa köçürülməsi
Erməni ünsürlərinin Azərbaycan ərazilərinə , o cümlədən də Dağlıq Qarabağa kütləvi sürətdə köçürülməsi 1826-1828-ci illər Rus-Qacar müharibəsi ilə əlaqədardır. Bu müharibəni yekunlaşdıran Türkmənçay sülh müqaviləsi Rusiya imperiyasına geniş siyasi səlahiyyətlər verdi. Bundan istifadə edən Rusiya imperiyası özünə siyasi dayaq yaratmaq üçün İran və Osmanlı Türkiyəsindən erməniləri kütləvi sürətdə Qərbi Azərbaycan ərazisinə, yəni İrəvan xanlığı torpaqlarına və Qarabağa gətirib məskunlaşdırmağa başladı. Bu faktı Rusiya imperiyasının məmurları da təsdiq edirlər. Türkmənçay sülh müqaviləsi əsasında 8249 erməni ailəsi Zaqafqaziyaya köçürülüb İrəvan xanlığı ərazisində və Qarabağ xanlığı ərazilərində yerləşirildi. Ümumiyyətlə 1828-ci il 10 fevral Türkmənçay sülh müqaviləsindən sonra, dəqiq desək 1830-cu ilə kimi Rusiya imperiyası Zaqafqaziyaya İrandan 40 min, Osmanlı Türkiyəsindən isə 84 min erməni ailəsini köçürüb yerləşdirdi. Onların böyük əksəriyyəti yuxarıda göstərildiyi kimi Azərbaycan torpaqlarında-İrəvan və Qarabağ xanlıqları ərazisində yerləşdirildilər.
8. Bir kərə yüksələn bayraq bir daha enməz
Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, Azərbaycan tarixinin əhəmiyyətli və yaddaqalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan etmişdir.
1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Cəmi 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmiş, 230-a yaxın qanun qəbul olunmuşdu. Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. X.Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənistan (Ararat) Respublikasının Xarici işlər naziri S.Tiqranyan Qarabağ general-qubernatorluğu yaradılmasına etirazını bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz əsassız hesab olunmuş və həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilmişdi.Qarabağ general-qubernatoru ermənilərin ərazi iddiaları ilə yanaşı, əvvəlcə ingilislər, sonra isə amerikanlarla gərgin münasibətlər şəraitində fəaliyyət göstərməli oldu. Lakin ermənilər Qarabağ general-qubernatorluğu ərazisində sülh yaranmasına imkan vermədilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.
9.71 il gözlənilən gün
XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
10. Xocalını unutmayacağıq
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmı haqqında Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
11.Azərbaycan xalqı heç vaxt liderini unutmayacaq
Hər dəfə ümummilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri barədə düşünərkən anlayırıq ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırmışdır. Müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol - bu reallıqların hər birində Heydər Əliyevin imzası var. Heydər Əliyev Tanrının hər xalqa min ildə yalnız bir dəfə bəxş etdiyi nadir şəxsiyyətlərdəndir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi Azərbaycan dövləti üçün əsl uğur oldu. Ulu Öndər Heydər Əliyev qurduğu Azərbaycan dövlətinin yaşaması, uğurla inkişaf etməsi üçün lazım olan bütün addımları atdı və bu yolda müvəffəqiyyət qazandı. 1994-cü ildə sülh müqaviləsi çox ciddi məsələ idi. Bununla bağlı müxtəlif fikirlər söylənildi. 1994-cü ildən başlayaraq bizə qarşı olan dəstəyi də, hücumları da görürdük. O zaman çətin anlarda məhz Ulu Öndər Heydər Əliyev dühası lazım idi. Ümummilli Liderimiz Heydər Əliyev müdrikliklə, cəsarətlə bütün iradəsini ortaya qoyaraq, sentyabr ayında “Əsrin Müqaviləsi”nin imzalanmasını təsdiq etdi və bununla da hər şey həll olundu. Doğrudur, hər birimiz bilirdik ki, bundan sonra müxtəlif çətinliklər ortaya çıxacaq. Amma Ulu Öndər bu müqaviləni imzalayarkən dedi ki, nə olur-olsun, bu addımı atmalıyıq ki, ondan sonrakı addımları atmaq mümkün olsun. Ulu Öndərimiz bütün işlərin öhdəsindən asanlıqla gəlirdi. Ölkəmizin, xalqımızın maraqlarını düşünür, onu təmin etməyi, qorumağı bacaran bir siyasətçi, əsl dahi, təkrarolunmaz bir şəxsiyyət idi. Ulu Öndərimiz Heydər Əliyevdən sonra baş verən ən mühüm, önəmli hadisələrdən biri də Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi oldu. Ümummilli Lider Heydər Əliyevin ideya və ideologiyasını Prezidentimiz İlham Əliyev bu gün çox məharətlə davam etdirir. 44 günlük II Qarabağ müharibəsi dediklərimizi bir daha sübut edir
12.Qarabağ Azərbaycandır
44 günlük II Qarabağ müharibəsi sentyabrın 27-də təmas xətti boyu beş rayonda - Murovdağ dağı, ermənilərin nəzarətində olan zonanın şimalındakı Talış və Ağdərə (Mardakert) kəndlərində, həmçinin Cəbrayıl və Füzuli rayonlarında qarşılıqlı atışmadan başlayıb.Ümumiyyətlə müharibə iki istiqamətdə - Qarabağın şimalında və cənubunda döyüşlər formatında davam edib.Şimalda general-mayor Hikmət Həsənovun komandanlığı altında 1-ci korpus, cənubda - general-leytenant Hikmət Mirzəyev və general-mayor Mais Bərxudarovun rəhbərliyi altında iki ordu qrupu döyüşüb. Bir neçə gün sonra Hadrut alındı - bu, Dağlıq Qarabağ ərazisindəki ilk rayon mərkəzi idi. Hadrutun alınması ilə vəziyyət dəyişdi - Azərbaycan qoşunları daha intensiv irəliləməyə, ermənilər isə geri çəkilməyə başladı. Azərbaycan qüvvələri əsasən cənubda, Ermənistan-İran sərhədi boyunca irəlilədilər. Cəbrayıl və Hadrutdan sonra Azərbaycan Füzuli, Zəngilan, Qubadlı üzərində də nəzarəti ələ keçirdi. Bu hücumun hədəfləri Şuşa ilə Laçın şəhərləri idi. Hər iki şəhər dağlıq ərazidə yerləşir və həmin şəhərlərin istiqamətində hücum sürətli deyildi, baxmayaraq ki, o vaxta qədər erməni qüvvələrinin müqaviməti zəifləmişdi. Nəticədə, ağır texnika olmadan azərbaycanlılar dağlıq ərazi ilə Şuşaya çatdılar və döyüşlərdən sonra onu aldılar.
Bu şəhərin alınması münaqişənin həlledici anı oldu - bundan sonra müharibə sona çatdı. İlham Əliyevin 44 gün davam edən müharibə günlərində beynəlxalq təzyiqləri diplomatik peşəkarlıqla dəf etməsi, 30-a yaxın beynəlxalq KİV-ə verdiyi müsahibələrdə dünya erməniliyinə vurduğu zərbələr də bu qələbəni şərtləndirən amillərdir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşanın azad olunması xəbərini verdiyi gün xalqa müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm... Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. 44 günlük vətən müharibəsində bizlərə tarixi anları yaşadan şanlı ordumuz misli görülməmiş qəhrəmanlıq nümayiş etdirdi. Tarixi torpaqlarımızın geri qaytarılmasında qorxmadan, geri çəkilmədən vuruşub, düşməni məğlub etdilər. Düşmən hücumunun qarşısı alınarkən 2800 nəfərdən çox hərbi qulluqçumuz şəhid olub. Bu yolda öz canlarından keçən şəhidlərimizin qarşısında baş əyirik, onlar ən gözəl zirvəyə-şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı daima şəhidlərini yaşadacaq.