"Gəlin quş yuvası düzəldək" mövzusunda layihə hazırladılar
Zaur Məmmədov adına 171 nömrəli orta məktəbin 1d sinif şagirdləri sinif rəhbəri Vüsalə Namazovanın təşkilatçılığı ilə "Həyat bilgisi" dərsində "Gəlin quş yuvası düzəldək" mövzusunda layihə hazırladılar. Layihənin məqsədi bahar gələndə ölkəmizə qayıdan, yuvasız qalan köçəri quşlar haqqında uşaqların biliklərini aydınlaşdırmaq və genişləndirməkdir. Doğma mədəniyyətə, ənənələrə məhəbbət hissi aşılamaq, lələkli dostlara qarşı mehriban, isti, hörmətli münasibət uşaqları bir-birindən gözəl əl işləri yaratmağa sövq etdi. Artıq bu uşaqların xeyirxah əməlləri sayəsində bütün quşlar öz isti yuvalarında yaşayacaqlar.