“Zəfər Paradı”na həsr olunan dərs keçirilmişdir

171 nömrəli tam orta məktəbin müəllim və şagirdləri tərəfindən “Zəfər Paradı”na həsr olunan dərs keçirilmişdir. Dərsin əvvəlində məktəbin musiqi müəllimi Səlimli Aygün çıxış edərək, şanlı ordumuzun qələbəsi haqqda qısa çıxış etmişdir. Dərsi 7c sinif şagirdi Rəşxan davam edərək “Xudayar təsnifi” (“Vətən yaxşıdır”) mahnısını ifa etdi. Daha sonra dərsi məktəbin 5-ci sinif şagirdləri zəfərimizə həsr olunan çıxışları ilə davam etdilər. Məktəbimizin 5-ci sinif şagirdləri Xoşbəxt Əmrahlı və İbrahim Azərbaycan ordusuna həsr etdiyi şeirlərini səsləndirdilər. Dərs zamanı Ümumilli lider Heydər Əliyev və cənab prezident İlham Əliyevin çıxışlarının bir qismidə nümayiş olundu. Daha sonra isə şagirdlərimiz Quluzadə Cahan və İbrahim Əmrahlı “Qarabağ” mahnısını birlikdə ifa etdilər. Son olaraq məktəbin rus dili və ədəbiyyat müəllimi Rəhimova Mehparə çıxış edərək, Azərbaycan ordusunun böyük zəfəri haqqında danışdı.

Dərs bitəndə isə söz məktəbin direktoru Zemfira Məsiyevaya verildi. O, tədbirin təşkilini yüksək qiymətləndirib, şagirdlərin böyük qürur hissi ilə çıxış etdiyinə görə minnətdarlığını bildirdi. 

Dərsdə iştirak edirdilər: məktəbin direktoru Zemfira Məsiyeva; təlim-tərbiyə işləri üzrə direktor müavinlər Əhmədova Sima və İsmayılov Kənan və məktəbin müəllim kollektivi.

Şagird və müəllim kollektivindən əlavə dərsdə valideynlərdə iştirak edirdi. Valideynlər müəllimlərə və məktəb rəhbərliyinə dərslər təşkil etdiyinə görə minnətdarlığını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi