Teams 2019 Beynəlxalq Qiymətləndirmə nəticələri

Teams, PİSA Azərbaycanın  iştirak etdiyi Beynəlxalq şagird qiymətləndirməsi tədqiqatlarıdır. Ölkəmiz də bu tədqiqatlarda iştirak etmişdir. Bu tədqiqatlarda iştirakın əsas məqsədi Azərbaycanda təhsil sisteminin mövcud vəziyyəti, Azərbaycan təhsilinin digər təhsil sistemləri ilə müqayisəsinin aparılması, mövcud olan boşluq və çətinliklərin müəyyənləşdirilməsi, müvafiq təhsil siyasətinin formalaşdırılmasıdır. 2019-cu ilin may,iyun ayları ərzində Azərbaycanın bütün bölgələrini əhatə etməklə təsadüfi olaraq seçilmiş 5.3 min şagirdin iştirakı ilə qiymətləndirmə təşkil edilmişdir. Yalnız 4-cü sinif şagirdlərinin iştirak etdiyi bu tədqiqatlarda məktəbimizin 4c ( sinif rəhbəri Rəmziyyə Həbilova) və 4d (sinif rəhbəri Sevda Nağıyeva) sinif şagirdləri  qiymətləndirmədə iştirak etdi. Bu qiymətləndirmə ibtidai təhsil səviyyəsində riyaziyyat fənninin məzmunu və tədrisi ilə bağlı islahatyönümlü fəaliyyətin nəticəsi kimi aparılmışdır. Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayev öz çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası 58 ölkə arasında 28-ci yerdə qərarlaşmışdır və bu da yüksək nəticə kimi qiymətləndirilmişdir. Nazir bildirmişdir ki,bir sıra inkişaf etmiş təhsil sistemləri ilə eyni səviyyədə nailiyyətlərin əldə olunması çox ümid vericidir. Təhsil nazirinin belə nailiyyətlərin əldə edilməsində əməyi olan bütün şagirdlərə, müəllimlərə, təlimçi metodistlərə və valideynlərə etdiyi təşəkkürə məktəb kollektivi olaraq biz də qoşuluruq və məktəbimizin müəllimlərinə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi