Vətən Müharibəsinin şəhidlərinin əziz xatirəsini yad etmək üçün əl işləri hazırlandı və rəsmlər çəkildi
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin sinif rəhbəri Zülfiyyə İbrahimovanın təşkilatçılığı ilə 4e sinif şagirdləri II Qarabağ müharibəsinin, Vətən müharibəsinin qəhrəman igidlərinin Ana Vətən qarşısında öz vəzifəsini layiqincə yerinə yetirən, düşmənlə üz-üzə dayanaraq inamla vuruşub, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalan 2783 şəhidinin anım gününün ikonası olan "Xarı Bülbül"ü əl işləri və rəsmlər formasında hazırladılar.