“Солдат, солдат своей страны» adlı onlayn dərs təşkil etdilər
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb rus dili və ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə “Gənc ədəbiyyatçılar“ adlı dərnyin üzvləri Qələbəyə həsr olunmuş “Солдат, солдат своей страны» adlı onlayn dərs təşkil etdilər. Onlayn dərs Vətən torpağlarının işğaldan azad olunması uğrunda döyüşən və canından keçən Azərbaycan ordusunun zəfərinə həsr olunmuşdur. İlk olaraq Vətən üçün canından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Dərnək rəhbəri Rəna Əliyeva çıxış edərək, Azərbaycan ordusunun parlaq qələbəsini vurğuladı. Dərs Leyla Əliyevanın Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə həsr etdiyi “Солдат, Солдат своей страны» adlı şeiri ilə başladı.
Dərnək üzvləri Aysel Nəzərova, İqor Korobko və Səlim Cəfərov “Qarabağ ədəbiyyatı, mədəniyyəti və incəsənəti” mövzularında təqdimatlar səsləndirdilər. Səlim Cəfərov öz çıxışını Səməd Vurğununun “Azərbaycan” şeiri ilə bitirdi. Məktəbin 10ç sinif şagirdi, gənc şairə Kamilla Abdulkadırova çıxış edərək Qarabağa həsr etdiyi “Карабах, вытри слёзы!» şeirini səsləndirdi.
Şagirdlərin təqdimatından sonra çıxış edən Arifə Həsənova və Nazirə Kərimova torpaqların azad olunma ardıcıllığından, qorxmaz, yenilməz Azərbaycan ordusu və Azərbaycan əsgəri haqqında fikirlərini səsləndirdilər.
Son olaraq məktəbin rus dili və ədəbiyyat müəllimi Mehparə Rəhimova erməni vandalları tərəfindən dağıdılmış mədəniyyət, incəsənət abidələrini əks etdirən videoçarx nümayiş etdirdi. Çıxışını isə o “ Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! ” şüarı ilə bitirdi. Dərsdə iştirak edən məktəbin direktoru Zemfira Məsiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, ingilis dili müəllimi Sevinc Əbilova öz fikirlərini bölüşdülər. Onlayn dərsimizdə qonaq qismində iştirak edən 245 saylı tam orta məktəbin Uşaq Birliyi Rəhbəri Məsmə Nəcəfova və məktəbin əməkdaşı Ülviyyə Əsgərova dərsdə iştiraklarına görə öz minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki məktəblərarası belə əməkdaşlıq həm şagirdlər, həm də müəllimlər arasında birliyin bariz nümunəsidir. Bu səpkidə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğuladılar.