Unutsaq-unudularıq!

Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olundu.

Anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür.

Bakı-2019 Avropa Gənclər Olimpya Festifalının irsi çərçivəsində həyata keçirilən "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı"nda  məktəbin şagird və müəllim heyətinin hazırladıqları əl işləri böyük maraqla izlənilmişdi. Həmin əl işlərinin ən yaddaqalanı isə  böyük sevgi ilə işlənilmiş  Şuşa şəhərinin rəmzi sayılan Xarı Bülbül rəsmləri idi. Xarı Bulbul rəsmi işlənmiş ipək kəlağayı isə sərgi iştirakçılarının diqqət mərkəzində olmuşdu. Şagirdlərimizin Qarabağ həsrətilə çəkdikləri Xarı Bülbül rəsmləri, hazırladıqları əl işləri bir sevgi nümuməsi idi. Bu gün  anım gününün ikonası da Xarı Bülbül rəsmi olmüşdür. Və artıq şagirdlərimiz Xarı Bülbülü Vətən həsrətili gül kimi deyil, qələbə rəmzi kimi taniyacaqlar. Şagirdlərimiz  Azərbaycanın tarixi haqqında dərin biliyə malik olmalı, tarixi abidələrimiz haqqında məlumatlar toplayaraq bu abidələri dünyaya tanıtmalıdırlar, bilməlidirlər ki, tariximizi unutsaq – unudularıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi