“QİÇS və narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici dərs keçirilmişdir

1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Bu günlə əlaqədar olaraq Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin ingilis dili müəllimi Əbilova Sevinc 7d, 9d siniflərində bu xəstəliklə bağlı şagirdləri məlumatlandırmışdır.

“Açıq dərs”də “QİÇS və narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici dərs keçirilmişdir. “Açıq dərs”də QİÇS-in yaranma tarixi, ondan qorunma yolları, yoluxma riskləri haqqında şagirdlərə geniş məlumat verilmişdir. Videoçarxlar nümayiş olunmuş, bu xəstəlikdən qorunma yolları haqqında diskussiya aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi