Hər kəs öz işində müsəlləh əsgər olmalıdır
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin müəllim və şagirdləri cəbhədə gedən VƏTƏN MÜHARİBƏSİNDƏ döyüşən əsgərələr dəstək olmaq münasibətilə “Hər kəs öz işində müsəlləh əsgər olmalıdır” şüarı altında şagirdlərinə həvəslə dərsləri əsgər geyimində böyük ruh yüksəkliyi ilə tədris edirlər. Müəllimlər dərs dediyi şagirlərə Vətəni sevməyi, vətənpərvər olmağı öyrədirlər.
Möhtərəm Prezident, Cənab Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin hər dəfə Azərbaycan xalqına işğaldan azad olunmuş əraziləri elan edəndə fəxr edib sevinirlər və qələbənin yaxın günlərdə olduğuna əminliklə inanırlar. Cəbhədən gələn sevindirici xəbərlər müəllim və şagirdlərimizin sevincinə səbəb olur və AZƏRBAYCANLI olduqları üçün qürur duyurlar.