Cəbrayıl rayonu və bir neçə kənd işğaldan azad edildi!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Heydər oğlu Əliyev tvitter səhifəsində yazıb:
"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin kollektivi adından bu qələbə sevincini bizlərə - Azərbaycan Xalqına yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Heydər oğlu Əliyevə və Azərbaycan Sillahlı Qüvvələrinin əsgər və zabitlərinə dərin təşəkkürümüzü və minnətdarlığmızı bildiririk. İnanırıq ki, işğal altında olan digər şəhərlərimiz, rayonlarımız və kəndlərimiz də işğaldan azad ediləcək, tezliklə üçrəngli bayrağımız işğaldan azad olunmuş şəhərlərdə, rayonlarda, kəndlərdə, Şuşada, Xankəndində dalğalanacaq.