Prezident şəhid ailəsi kimi məktəbimizin müəlliminə ev verdi

Bu gün müstəqil Azərbaycan mürahibə nəticəsində qaçqın və məcburi köçkün olmuş ailələrə, mürahibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, Ümummilli liderimiz  Heydər Əliyevin müəyyənləşdirdiyi  siyasi-mənəvi yoldur. Ulu öndərimizin təşəbbüsü ilə “Şəhid adının əbədiləşdirilməsi haqqında” qanun qəbul olunmuşdu və bu qanun  məhz Heydər Əliyevin  1993-cü il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bütövlükdə, Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdur. 

 Bu gün də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Cənabları və birinci xanım  Mehriban  Əliyeva da fəaliyyətlərində belə ailələrə  diqqət və qayğını davam etdirirlər.  “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanı bunun bariz nümunəsidir. İndiyə qədər minlərlə şəhid ailəsi mənzillə təmin olunub, şəhid övladlarının  təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi  daim yad edilir. Bu gün biz Dövlətimizin diqqət və qaygısını artıq hər bir sahədə görürük. Bu istiqamətdə görülən işlər də bunu sübut edir.  Dövlət siyasətinin ən başında Azərbaycan vətəndaşının rifahı durur. Məhz bunun nəticəsində də Dövlət siyasəti uğurla dəstəklənir.

Bu gun - 21 iyul 2020-ci il tarixində Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.

Məktəbimizin müəllimi Arifə Həsənova da şəhid ailəsi kimi bu günkü mərasimdə iştirak edib və ona mənzil verilib. Biz də məktəb kollektivi olaraq dovlət qayğısını daim üzərində hiss edən müəlliməmizi urəkdən təbrik edirik.

 

 

Şəhid Əli Həsənovun həyat yoldaşı Arifə Həsənova çıxış edərək dedi:

-Mən şəhid Həsənov Əli İsmayıl oğlunun həyat yoldaşıyam.

Cənab Prezident, hörmətli Mehriban xanım, Siz həmişə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə qayğı ilə yanaşmışınız. Buna görə bizim ailəmiz və qayğı göstərdiyiniz insanlar adından Sizə böyük minnətdarlığımızı bildiririk. Ötən il bizə 11 min manat məbləğində birdəfəlik ödəmə verdiyinizə görə Sizə təşəkkür edirəm. İndi isə bu gözəl binada bizə mənzil verdiyiniz, biz şəhid ailələrini və Qarabağ müharibəsi əlillərini həmişə diqqətinizdə saxladığınız üçün təşəkkür edirik. Hər şeyə görə çox sağ olun, hər şeyə görə Sizə minnətdarıq. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.

https://president.az/articles/39923

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi