Milli Təhlükəsizlik Nazirliyinin peşə bayramı münasibətilə keçirilən tədbir

Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə Milli Təhlükəsizlik Nazirliyinin 96-cı il dönümünə həsr olunmuş peşə bayramı keçirildi. Tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup nümayəndəsi ilə yanaşı, veteranlar qrupu da iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rövşən Qasımov açdı. Tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik etdi və onlara bu çətin işdə göstərdikləri xidmətlərə görə təşəkkür etdi. Eyni zamanda bildirdi ki, çox fərəhli haldır ki, belə bir tədbir məhz 171 saylı tam orta məktəbdə keçirilir. Sonra çıxış üçün söz təqaüdçü polkovnik Şirin Hacıkərimov və polkovnik Tofiq Babayevə verildi. Onlar öz xidmətləri ilə yanaşı Milli Təhlükəsizilik Nazirliyinin işçilərinin xidmətlərindən də ətraflı danışdılar. Sonra məktəbin hazırladığı əbədi-bədii kompozisiyalar tamaşaçılara təqdim olundu.Daha sonra çıxış üçün söz Xətai Rayonu İcra Hakimiyyətinin əməkdaşı, baş məsləhətçisi Tofiq Məmmədova verildi. O da öz növbəsində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi. Sonda məktəbin direktoru Rövşən Qasımov bir daha bu tədbirin 171 saylı tam orta məktəbdə keçirilməsindən məmnun olduğunu bildirdi və gələcəkdə də Milli Təhlükəsizilik Nazirliyinin əməkdaşlarına işlərində müvəffəqiyyət arzuladığını bildirdi. Sonda tədbir bağlı elan edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi