Məktəb rəhbərliyinin iclası keçirildi

2 iyun 2020-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemira Məsiyeva və təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, ibtidai siniflər üzrə direktor müavini Nüşabə Bilalova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, təsərrüfat işləri üzrə direktor müavini Sərxan Behbudovun iştirakı ilə zoom proqramı vasitəsilə onlayn formada iclas keçirildi. İclasda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 21 may 2020-ci il tarixli KQ-03 №-li qərarı ilə təsdiq edilmiş Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydasının icrası yerlərdə təmin etmək üçün görüləcək işlər müzakirə olundu. Qarşıda duran bir sıra digər məsələlər müzakirə olundu, təhlil edildi, qarşılıqlı fikir mübadiləsi oldu.

İclasın sonunda məktəbin direktoru Zemfira Məsiyeva müvafiq göstərişlərini və tapşırıqlarını verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi