Azərbaycan! Qərinələrin o tayından boy göstərən,yeri uca dağ zirvəsində olan qədim, gözəl diyar

Azərbaycan! Qərinələrin o tayından boy göstərən,yeri uca dağ zirvəsində olan qədim, gözəl diyar. Odla həyat başlayan, cəsur, yenilməz övladları ilə şanlı tarıx yazan yurdum, məmləkətim mənim! Səni “Odlar yurdu” adlandırırlar,çünki bu ad həm insanların inanclarını,yaşamaq uğrunda çarpışmalarını,həm də onların zaman-zaman yadellilərə qarşı apardıqları mübarizəni özündə əks etdirir.Sən babalarımızın bizlərə ərməğan etdikləri müqəddəs bir məkansan.Biz səni qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.

Ümummilli liderimiz Heydər Əliyev Vətənimizi canından da çox istəyirdi. Onun hər kəsin dilinin əzbəri olan “Azərbaycan” şeirini kövrələrək ifa etməsi hər bir azərbaycanlını vətəni sevməyə çağırır.

Məktəbin 7b sinif şagirdləri də vətənə olan tükənməz sevgilərini məhz bu şeirlə nümayiş etdirdilər və “Biz Vətənimizi sevirik” devizi ilə yeni bir layihəyə addım atdılar. Biz inanırıq ki, onların bu təşəbbüsü digər şagirdlərimizə də gözəl nümunə olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi