Laçının işğalının 28-ci ildönümünə həsr olunmuş onlayn formada "Açıq dərs" keçirildi
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib
200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib
Zaur Məmmədov adına 171 nömrəli orta məktəbin Tarix müəllimi Səmədova Nərmin, Musiqi müəllimi Səlimli Aygün və rus dili və ədəbiyyatı müəllimi Rəhimova Mehparənin “18 may - Laçın rayonunun işğalı” mövzusunda videodərsi keçirildi. Dərsdə tarix, musiqi və ədəbiyyat fənn müəllimləri Laçının işğalı ilə bağlı məlumat verdilər. Tarix müəllimi Səmədova Nərmin Laçın rayonunun işğal tarixindən danışdı. Daha sonra musiqi müəllimi Səlimli Aygün çıxış etdi. O vurğuladı ki, işğalçılar nəyinki torpağlarımıza, hətta milli musiqilərimiz və musiqi alətlərimizə də göz dikmişlər.
Daha sonra məktəbin 6 c sinif şagirdi Quluzadə Cahan “ Ay Laçın” mahnısın ifa etdı. 5b sinif şagirdi Sultan Zərif isə “Laçın” şeirini səsləndirdi.
Məktəbin dil və ədəbiyyat müəllimi Rəhimova Mehparə öz çıxışında milli qəhrəman Ç.Mustafayevi də andı. Daha sonra isə o, vurğuladı ki, biz dövlət başçımız İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunmuş torpağlara tezliklə qayıdacağıq.
Bu torpağ uğrunda canından keçən mübariz insan! Sənə deyəcək sözlərim var...
Şəhidlər ölməz! Dinlə məni, Çingiz Mustafayev... Sən zirvə idin, zirvədə də gözünü yumdun.
Sənin sayəndə biz ermənilərin iç üzünü, Xocalı faciəsini, Şuşanın, Ağdamın, Laçının, təəssüf ki, işğalını gördük. Laçının işğalını sən səsin titrəyərək elan etdin bizlərə. Səsin titrəyərək, qəhər boğaraq, bu həqiqətlə barışmaq istəməyərək səslədin bizləri! Səslədin ki, indi olduğu kimi, laçınlılar Laçınsız gəzməsin, yurd həsrəti ilə çırpınmasınlar! Səslədin ki, Laçın erməni daşnaklarının ayağı altında inildəməsin!
Axı vaxt var idi dağlar qoynunda yerləşən Laçın, öz gözəlliyi və mədəniyyəti ilə bütün dünyaya meydan oxuyurdu. Bəs niyə o zaman səsini butün dünyaya çatdırmadın?!
Səni itirmişik Laçınım... Səni 28 ildir itirmişik...
Azərbaycanın keçmişi və gələcəyi üçün mühüm olan vüqarlı Laçını itirmişik biz!
Laçında biz ulu babalarımızın qəbirlərini, qədimdən qalan abidələrimizi, qədim dövrlərdə yaşıb yaradan memarların və ədəbiyyatçıların əsərlərini qoyub gəlmişik.
Bu torpağların Xurşudbanu Natavan, Molla Pənah Vaqif, Qasım bəy Zakir kimi görkəmli yazıçıları var idi... Onlar bu torpağlardan bəhrələnərək, ilham alaraq yaşayıb yaradırdılar! Çünki onların içində vətən eşqi var idi. Bu eşq, müxtəlif dövrlərdə, müxtəlif qəhrəmanları qələbədən qələbəyə apararırdı, düşmən üzərində qələbə qazandırırdı, Babəki “1 gün azad yaşamaq, 40 il qul kimi yaşamaqdan üstündür” ideyasına da gətirib çıxarmışdır.
İnanıram ki, möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində torpağlarımız işğaldan azad olunacaq! 1 milyondan artıq qaçqın-köçkünümüz, eləcə də Laçınlılar, öz yurdlarına qayıdacaqlar. O gün uzaqda deyil!
Bir gün gələcək, və biz bu xəbəri televiziya vasitəsi ilə eşidəcəyik: “Axırki Qarabağımız işğaldan azad olundu!”
Videodərsdə məktəbin direktoru Zemfira Məsiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini İsmayılov Kənan, müəllimlər və 5b sinif şagirdləri iştirak edirdilər.
Məktəbim direktoru Zemfira Məsiyeva dərsin sonunda dərsi keçən müəllimlərə təşəkkürün bildirib, belə dərslərin tez-tez keçirilməsini tövsiyyə etdi.