Valideynlərin müəllimlərə təşəkkür məktubları
Salam mehriban və hörmətli müəllimlərimiz. Sizlərin hər birinizə ayrı - ayrılıqda təşəkkür və minnətdarlığımı bildirirəm ki, bizim uşaqlarımız üçün bu karantin günlərində əlinizdən gələni əsirgəmədiniz. Onların vaxtlarının səmərəli keçməsi üçün müxtəlif layihələr həyata keçirdiniz. Onların vaxtlı vaxtında dərslərdə iştirakını təmin elədiniz. Bununla da övladlarımız təhsildən geri qalmırlar. Buna görə də ailəmiz adından dərin minnətdarlığımızı bildiririk, əziz müəllimlərimiz. ❤️❤️6 b sinif şagirdi Qasımova Şəhanənin valideyini.
Salam müəllimə. Çox sağ olun, sizə göndərilən rəsmi məlumatları şagirdlərimizə çatdirirsiniz. Bu məktəbimizin ən gözəl xüsusiyyətlərindən biridir ki, Vətənpərvərlik daha öndə durur. Qan yaddaşımızı şagirdlərimizə xatırladırsızınız. Məktəbimizin rəhbəri çox sağ olsun❤. Onun təşkilatçılığı ilə hazırlanan gözəl tədbirlərlə şagirdlərimizə bu anları unutmamaq, daim yaddaşımızı və eyni zamanda vətən uğurunda canlarından keçmiş şəhidlərimizi yad etmək üçün məktəbimizin dəhlizində şəhidlərimizin xatirəsinə asilan lövhələr, hər an şagirdlərin gözü önündədir. Mən öz adımdan çox minnətdaram sizin kollektivə ki, uşaqlarımız vətənpərvər ruhda böyüyürlər. Bu çox, önəmli bir nüansdir! Vətəni sevən ailəsinə, vətəninə, xalqina çox layiqli övlad və gözəl şəxsiyyət kimi formalaşır. Çox sevinirəm ki, bu məktəbdə mənim də övladlarım təhsil alır. Bu gözəl kolektivə, Pərvin müəllimə sizə və adlarını çəkmədiyim digər fənn müəllimələrimizə bütün valideynlər adından çox böyük təşəkkürümüzü bildiririk. Mövzuların izahında hər müəllimənin böyük əməyi, zəhməti var. Şagirdlərin mövzuları tam mənimsəməsi üçün çox peşakarcasina çalışırlar.
SİZLƏRLƏ FƏXR EDİRİK, GÖZƏL MÜƏLLİMLƏRİMİZ !
Hörmətlə Vəlizadə Həlimənin valideyni Çimnaz xanım
Salam Pərvin müəllimə. Başda müdüriyyət olmaqla sizə, dəyərli müəllimlərimizə çox minnətdaram. Çətin günlərdə uşaqlarımızın qayğısına qalırsınız, maraqlı mılumatlar paylaşırsınız. Hər gün dəyərli vaxtlarınızdan ayırıb telefonla, virtual məktəbdə, vhatsapp-da uşaqlarımıza dərs keçirsiniz. Haqqınız ödənilməzdir. Mən çox sevinirəm ki , bizim 171 nömrəli məktəb kimi məktəbimiz, Zemfira müəllimə kimi rəhbərimiz və orada olan müəllimələr kimi dəyərli müəllimələrimiz var. Hər birinizə təşəkkür edirəm. Nə yaxşı ki siz varsınız. Mən inanıram ki, bu çətin günlər tezliklə bitəcək , biz yenidən öz sevimli məktəbimizə qayıdacağıq. Sizi çooooooxxx sevirik.
Hörmətlə 6b sinfindən Mirzəzadə Sübhanın anası Yeganə.
Təşəkkür edirəm. Psixooqlarla bağlı məlumatı bizlərlə paylaşdığınız üçün. Çox gözəl hamı baxsın. Çox maraqlı, faydalı tövsiyələr var. Çox yerinə düşdü uşaqlar üçün maraqlı olacaq. Çox sağ olsun məktəbimizin rəhbəri hər zaman şagirdlərimizi düşünür, onların qayğısına qalır. Karantin dönəmində olsaq da daim müəllimlər və məktəb rəhbərliyimiz bizə dəstək və kömək oldular. Şagirdlərin proqramı mənimsəməsində və gözəl, elmi məlumatların çatdırılmasında hər zaman bizə yardımçı oldular. Çox təşəkkür edirik. Minnətdarlığımızı bildirik. Gözəl rəhbərliyimizə və müəllimlərimizə.
Vəlizadə Həlimənin valideyini Çimnaz xanım.