Virtual məktəb proqramı ilə biologiya fənnindən onlayn dərnək təşkil olunub

Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin biologiya müəllimi Natalya Titova şagirdlərin marağını nəzərə alaraq onlayn biologiya dərnəyi təşkil edib. Dərnəkdə 8 d sinfinin şagirdləri iştirak edir. 05 may 2020-ci il tarixindən başlayan bu dərnək həftədə 5 dəfə olmaqla 1 saat keçirilir. Şagirdlərin maraq dairəsinə görə dərsin vaxtı 1 saatdan da artıq olur. Dərslikdə olan məlumatlardan əlavə Nataliya Titova şagirdlərə əlavə məlumat yerləşdirdiyi videoçarxlar da nümayiş etdirir. Şagirdlər dərs zamanı müəllimdən əlavə bir birilərinə suallar verərək biliklərini möhkəmləndirirlər. Hər bir şagird dərnək üçün iki dəftər- məlumat və sual cavab dəftəri ayırmış,həmin dəftərlərə mövzu ilə bağlı ən vacib olan rəsmlər də çəkirlər. Natalya Titova tədris etdiyi digər siniflərdən birində də həyat bilgisi fənnindən belə dərslər təşkil etməyi planlaşdırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi