Onlayn formasında keçirilən dərsin onlayn müzakirəsi keçirildi
10 May 2020-ci il tarixində ZOOM proqramında məktəbin tarix müəllimi Ülvi Quliyevin hazırladığı videoçarxlardan istifadə etməklə diskussiya şəklində təşkil etdiyi dərsin müzakirəsi aparıldı. Hazırlanmış videoçarxda müəllim may ayının ilk on günü üçün tarixi hadisələr haqında məlumat verdi. İlk videoçarx 8 May — Şuşanin işğalı gününə həsr olunmuşdu. «Qarabağın ürəyi Şuşa» adlı çarxda Şuşanın ərazisi, tarixi yerləri, vəfat etmiş və itkin düşmüş əhalisi haqqında geniş məlumat verildi. Çarxın sonunda Azərbaycan Ordusu haqqında məlumat verən müəllim şagirdlərə Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunacağı günün uzaqda olmadığını vurğuladı.
9 May — «Faşizm üzərində Qələbə»nin 75 illiyinə həsr olunmuş ikinci videoçarxda isə Ülvi Quliyev Böyük Vətən Müharibəsinin başlaması, əhatə etdiyi əraziləri, bu döyüşlərdə iştirak edən Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanları, Azərbaycanın bu qələbədə rolu haqında ətraflı məlumat verərək şagirdlərə bu məlumatları öz yoldaşları ilə paylaşmalarını məsləhət verdi.
Digər bir videoçarx isə Ümummulli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuşdu. O, şagirdlərə müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Liderin mənalı həyat yolundan, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbindən danışmışdir. O, bildirmişdir ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaq görənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Dərsin sonunda Ulvi Quliyev şagirdlərə Ulu Öndər haqqında videoçarx, təqdimat və esse hazırlamalarını tapşırmışdir.
Məktəb rəhbərliyi ilə bərabər dərsin müzakirəsinə qoşulmuş müxtəlif fənn müəllimləri — azərbaycan dili, biologiya, coğrafiya, ingilis dili, rus dili müəllimləri belə dərslərin müntəzəm keçirilməsini və həmin dərsin bu cür müzakirəsinin tədris üçün çox əhəmiyyətli olduğunu vurğuladılar.