Şagirdimiz fəxri fərmanla təltif olundu

Bildiyimiz kimi gənclər cəmiyyətin aparıcı qüvvələri sayılır.Belə gənclərin aşkarlanması isə məktəb həyatına təsadüf edilir. Müstəqil, yaradıcı gənclər tərbiyə etmək məktəb qarşısında duran ən mühüm vəzifələrdəndir.  Hər bir şagirdin bacarığı, yaradıcılıq qabiliyyəti tədris  prosesində təşəkkül tapır. Təlim prosesi nə qədər məqsədəuyğun qurularsa, şagirdin istedadı, tədqiqatçılıq qabiliyyəti bir o qədər də tez üzə çıxacaq və inkişaf edəcəkdir. Belə şagirdləri aşkarlamaq, onların hansı potensiala malik olmasını ilk olaraq müəllim duymalidir.   Müəllim şagirdin tədqiqatçılıq bacarığını düzgün müəyyənləşdirməkdə, ona fərdi yanaşmaqda, inkişafına düzgün istiqamət verməkdə yardım göstərir.

Belə şagirdlərdən biri də məktəbimizin 7b sinif şagirdi Gəray Cəfərzadədir. Sakit təbiətli olan bu şagird yaxşı oxuması ilə bərabər, istedadı ilə də fərqlənir. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirən şagirdimizin  yaradıcılıq qabiliyyətinin aşkarlanması son bir ilə təsadüf edilir. Hazırladığı ilk videoçarxı çəkinərək təqdim edən Gərayın dəstəkçiləri məktəb rəhbərliyi, sinif rəhbəri və ailəsi olmuşdur. Asudə vaxtında məktəb həyatına, məktəbin fəxri qonaqlarına həsr etdiyi videoçarxlar sevilərək baxılmaqdadır.

Gəray balamıza bu işində uğurlar arzulayırıq. İnanırıq ki bu bacarığ ilə gələcək həyatında da öz layiqli yerini tutacaq.

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 7b sinif şagirdi Gəray Namiq oğlu Cəfərzadə məktəbin həyatından bəhs edən videoçarxların hazırlanmasında xüsusi istedadı və fəallığına görə məktəbin direktoru Zemfira Məsiyeva tərəfindən fəxri fərmanla təltif olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi