Şagirdlərimizin məktəb sevgisi

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb üzrə “YAŞA VƏ YAŞAT” müsabiqəsi davam edir. Şagirdlərin daha da fəal olduğu bu müsabiqəyə hər gün yeni bir yaradıcı iş daxil olur. Məktəbin 7 b sinif şagirdi Gəray Namiq oğlu Cəfərzadənin  və IX b sinif şagirdi Nigar  Saleh qızı Əhmədovanın bilikdə hazırladıqları videoçarx da bu silsilədəndir.  Nigar Əhmədovanın məktəbdə təhsil alan 1607 şagirdin adından məktəbə səslənməsi, məktəb, müəllimlər üçün darıxdıqlarının şeirlə vurğulaması daha da təsiredici olmuşdur. Çarx üçün seçilmiş şəkillər və müsiqi onun təsirini daha da gücləndirir.

Sizə uğurlar arzulayırıq, əziz balalar. İnanırıq ki, bu ayrılıq tezliklə bitəcək. Biz birlikdə güclüyük!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi