Şagirdimizin gözəllik duyğusu

Şagirdlər asudə vaxtlarını səmərəli keçirmək məqsədilə müxtəlif yaradıcı işlərlə məşğul olurlar. Bəziləri mütaliə ilə, bəziləri boyalarla şəkil çəkməklə, bəziləri musiqi alətlərində ifa etməklə, bəziləri idmanla və s.

Məktəbimizin 7d sinif şagirdi Nurəliyeva Lalə Rahil qızının isə məşğuliyyəti fərqlidir. O, boş vaxtlarında fotoaparat və ya telefondan istifadə etməklə təbiət şəkilləri çəkməyi xoşlayır. Elan edilmiş "Yaşa və yaşat!" müsabiqəsinə  uyğun olaraq yaşadığı evin həyətində gördüyü mənzərələrdən foto şəkillər çəkərək qatılmışdır. Azyaşı, lakin böyük dünyası olan Lalə qızımıza bu işində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi