Elan etdiyimiz müsabiqəyə uyğun olaraq yazılan məqalələr

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda isə bildirilir ki, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişafı diqqət mərkəzində saxlanmalıdır.

"Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006 -2010-cu illər)" əsas məqsədi respublikanın ümumtəhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib, onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir.

 Bu məqsədlə Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb üzrə şagirdlər arasında yeni bir müsabiqə - “MƏNİM DÜNYAM” adlı müsabiqə elan edilib. Müsabiqənin təşkil edilməsində əsas məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi, onlarda yaradıcılıq bacarığının aşkarlanması, istedadlı şagirdlərin üzə çıxarılmasına  dəstək olmuşdur. Müsabiqənin şərtlərinə uyğun olaraq şagirdlər koronavirus, virusdan qorunma yolları haqqında  əldə etdikləri məlumatlara əsasən esse,  hekayə,  rəsm, əl işləri, videoçarx hazırlamalıdırlar. Qalib şagirdlərin işləri məktəbin saytında öz əksini tapacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi