Sərhəddən tədris olunan distant dərs
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, ibtidai sinif müəllimi Nüşabə Bilalova 3 a sinfi ilə onlayn dərslərdə iştirak edir. Baxmayaraq ki, sinif rəhbəri martda bayramla əlaqədar Qazax rayonunun sərhəd Fərəhli kəndinə gedib və karantinlə bağlı olaraq orada qalıb. İnternet xəttinin olmamasına rəğmən cədvəl üzrə bütün dərslər tədris olunur. Uşaqlar dərsləri həvəslə öyrənirlər. Məktəbin açılacağı günü səbirsizliklə gözləyirlər..