Azərbaycan dili və ədəbiyyat dərsləri distant təhsil formasında tədris olunur
Azərbaycan dili və ədəbiyyat müəllimi Alidə Əliyeva tədris etdiyi 6c, 10b, 8c siniflərinin şagirdləri ilə informasiya kommunikasiya texnologiyalarından və müxtəlif proqramlardan istifadə etməklə perspektiv planlaşdırmaya uyğun mövzunu distant təhsil formasında tədris etdi. Şagirdləri maraqlandıran suallara müəllim ətraflı cavab verdi, şagirdlərə tapşırıqlar verdi və icrasına nəzarət etdilər. Dərs şagirdlər tərəfindən xoş qarşılandı.