Fizika dərsləri distant təhsil formasında tədris olunur
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin fizika müəllimi Fərəcullayeva Mətanətin tədris etdiyi onlayn dərslər zamanı ev tapşırığı olaraq verdiyi "Elektrik dövrəsi "ni 9a sinif şagirdi İbrahimli İslam koronavirusla mübarizəni fizikaya belə inteqrasiya edib. Şagird naqillərin ardıcıl birləşməsi zamanı ümumi dövrdəki müqavimət və gərginliyin cəmləndiyini, biz insanların "Biz birlikdə güclüyük" devizi altında birləşməyə, cərəyan axan dövrədə yüklü zərrəciklərin hərəkətini koronavirusa bənzədərək açarın açıq formasında yükün mənfi qütbə çata bilmədiyini bizlərin "Evdə qal", "Məsafəni qoru" devizləri altında birləşməyə səsləyib.