Azərbaycan dili dərsi distant təhsil formasında davam edir
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Sevinc Mirzəyeva 5ç və 5d sinfin şagirdləri ilə informasiya kommunikasiya texnologiyalarından və müxtəlif proqramlardan istifadə etməklə distant təhsil formasında dərs keçdi. Perspektiv planlaşdırmaya uyğun mövzu ilə dərsə davam etdi. Şagirdləri maraqlandıran suallara müəllim ətraflı cavab verdi, şagirdlərə tapşırıqlar verdi və icrasına nəzarət etdilər. Dərs şagirdlər tərəfindən xoş qarşılandı.