Azərbaycan dili dərsi xüsusi karantin rejimində iş başında olanlara minnətdarlıqla başladı

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5 ç sinfin şagirdləri ilə  Azərbaycan dili müəllimi Rəhilə Məmmədova informasiya kommunikasiya texnologiyalarından və müxtəlif proqramlardan istifadə etməklə distant təhsil formasında dərs keçdi. Dərs başlananda xüsusi karantin rejimində iş başında olan və bizim qayğımızı çəkənləri alqişlayaraq onlara minnətdarliqlarını bildirdilər. Sonda perspektiv planlaşdırmaya uyğun mövzu ilə dərsə davam etdilər. Şagirdləri maraqlandıran suallara müəllim ətraflı cavab verdi, müəllim şagirdlərə tapşırıqlar verdi və icrasına nəzarət etdi. Dərs şagirdlər tərəfindən xoş qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi