Məktəbin pedaqoji kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna əlavə ianə köçürdü

Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun dövlət, biznes və əhali tərəfindən dəstəklənməsi Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına uyğun olaraq sosial həmrəylik və milli birliyə gözəl nümunədir.  

Biz də çalışmalıyıq ki, bu proseslərdə dövlətin yanında olaq, dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşaq və onları yerinə yetirək. Bu gün bir sıra ölkələrlə müqayisədə Azərbaycanda bu virusa yoluxanların sayının az olması bir daha göstərir ki, dövlət vaxtında bütün qabaqlayıcı addımları atıb, zəruri tədbirləri həyata keçirib.

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin pedaqoji  kollektivi də  Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkanları daxilində dəstək göstərməyi qərara aldı. Müəllimlərin  konüllülük prinsipi əsasında topladığı əlavə 150 manat məbləğ fonda ödənildi. Müasir dünyanın başı üzərini almış böyük və ciddi təhlükənin Azərbaycana təsirinin azaldılması dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hamının dəstək olmasından birbaşa asılıdır. İnanırıq ki,  hər birmiz Prezident İlham Əliyevin koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınmasında hər kəsin şəxsi iştirakının təmin edilməsi barədə çağırışına əməl edəcək, xalqımızın və ölkəmizin bu qorxulu bəladan xilas olmasına öz şəxsi töhfəmizi verəcəyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi