Riyaziyyat dərsləri də distant təhsil formasında tədris olunur

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

Tətil zamanı şagirdlərin asudə vaxtlarını səmərəli keçirilməsi və tədris proqramını mənimsəməsi üçün Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri İnformasiya Kommunikasiya Texnologiyalarından və müxtəlif proqramlardan istifadə etməklə distant təhsil formasında dərslərini davam etdirirlər.

Məktəbin riyaziyyat müəllimi Mehriban İbrahimova öz şagirdləri ilə müxtəlif proqramlardan istifadə etməklə dərslərini distant təhsil formasında izah edir. Şagirdlərə tapşırıqlar verir, şagirdləri maraqlandıran suallara cavab verir, keçilmiş mövzuların şagirdlər tərəfindən tam mənimsənilməsinə nail olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi