Peşəkar tədqiqatçılar
19 fevral 2020-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 3 a sinfində həyat bilgisi fənnindən şagirdlər layihə işlədilər. Layihənin mövzusu “Canlılar aləmi” idi. Şagirdlər qruplara bölünərək verilmiş mövzulara uyğun tapşırıqları yerinə yetirdilər. Qrupların təqdimatında şagirdlərin iştirakı ilə hazırlanmış əyani resurslardan səmərəli istifadə olunmuşdur. Qrup taşırıqları məlumatlarla zəngin idi. Bütün qrup üzvləri tapşırıqları vaxt bölgüsünə riayət etməklə əməkdaşlıq edərək yerinə yetirdilər. Müşahidələrə əsasən söyləmək olar ki, bütün şagirdlər layihənin mövzusuna böyük həvəslə hazırlaşmışlar. Hazırladıqları tapşırıqları yüksək səviyyədə təqdim etdilər.