“Ana dili günü”nə həsr olunmuş “Gözəl imla” mövzusunda layihə həyata keçirildi
19 fevral 2020-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə ibtidai siniflər üzrə “Ana dili günü”nə həsr olunmuş “Gözəl imla” mövzusunda layihə həyata keçirildi. Belə ki, I – IV siniflərdə şagirdlərin müəllim yaradıcılığı ilə xüsusi hazırlanmış iş vərəqində imla yazmaq bacarığı yoxlanıldı. İmla mətninin mövzusu “Mənim ana dilim” idi. Hüsnxət və orfoqrafiya normalarına uyğun yazılmış imlalar seçildi və “Gözəl imla” sərgisində nümyiş etdirildi. Məktəbin direktoru Zemfira Məsiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Nüşabə Bilalova və ibtidai sinif müəllimləri sərgiyə baxış keçirdilər. “Ən yaxşı imla” qalibləri seçildi.
Layihənin keçirilməsində əsas məqsəd 3.1.1. standartını reallaşdırmaq və şagirdlərdə normalara uyğun yazmağa maraq yaratmaq olmuşdur.