Müəllimlərimiz sertifikatla təltif olundular

6 fevral 2020-ci il tarixində 20 nömrəli məktəb-liseyinin akt zalında “STEAM” (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) sahəsi üzrə keçirilmiş təlim proqramının bağlanış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 17 noyabr - 10 dekabr 2019-cu il tarixində 50 (əlli) nəfər təhsil işçisi İsraildə və 3-6 fevral 2020-ci il tarixində Bakıda ümumi 5 (beş) həftəlik STEAM istiqamətində keçirilən təlimdə iştirak etmişdir. Təlim çərçivəsində STEAM mövzusunda olan proqramın Azərbaycan kurikulumlarına uyğunlaşdırılması, bu məzmunun Azərbaycandan olan mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən müəllimlərə metodik dəstəyin göstərilməsi mövzuları üzrə kurslar təşkil olunmuşdur. Bu təlimlərdə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Oksana Kelexsayeva və biologiya müəllimi Natalya Titova iştirak etmişdir.

Bağlanış tədbirində Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, İsrail Səfirliyinin nümayəndələri, Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva və digər aidiyyəti təhsil işçiləri iştirak etmişdir. Tədbir çərçivəsində təlimdə iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunmuşdur.

Məktəbimizi təmsil edən müəllimləri məktəb kollektivi adından səmimi qəlbdən təbrik edir və onlara gələcək işlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi