STEAM layihəsi üzrə IX sinifdə coğrafiya fənnindən "Açıq dərs"
15 yanvar 2020-cı il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin coğrafiya və biologiya müəllimləri Oksana Kelexsayeva və NatalyaTitiova 9 “d” sinfinfə “Təbii ərazilər“ mövzusunda “Açıq dərs” keçirilmişdir.
Dərsdə "Stansiyalar" metodundan istifadə olunurdu. Uşaqlar stansiyada 5 dəqiqə ərzində tapşırıqları yerinə yetirdilər. Vaxt bitdikdən sonra növbəti stansiyaya köçdülər. Şagirdlər resurs olaraq mətndən və dünya coğrafi atlaslarından istifadə etdilər. Stansiyaları tamamladıqdan sonra uşaqlar sualları cavablandırdılar və nəticələr verdilər.
Məktəbin direktoru Zemfira Məsiyeva və təlim - tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, Sevinc Əbilova, Mehparə Rəhimova, Mehriban İbrahimova, Samirə Həsənova, Azər Xankişiyev dərsdə iştirak etmişlər.