“Əbədi ezamiyyət” filmi izlənildi

“Əbədi ezamiyyət”  filmi izlənildi

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimiz  tarixində gördüyü ən mühüm işlərindən biri də Azərbaycan adının coğrafi-məkan anlayışından siyasi-hüquqi subyektə çevirməsidir. Belə ki, AXC hökümətinin min bir əziyyət və mərhumiyyətlər hesabına Əlimərdan Bəy Topçubaşovun rəhbərliyi altında 1919-cu il Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin gərgin fəaliyyəti ilə 1920-ci il yanvarın 11-də Versal Ali Şurası tərəfindən AXC-nin müstəqilliyi  de-fakto səviyyədə tanınmışdır. Təəssüf ki, 4 ay sonra, yəni 1920-ci ilin aprelində Sovet Rusyası tərəfindən AXC işğal olunduğundan bu missiya üçün Parisə gedən nümayəndə heyəti heç öz Vətənlərinə belə dönə bilməmişdilər. Yəni bu missiya onlar üçün əbədi ezamiyyət olmuşdur.

Sabah bu tarixi hadisədən tam  100 il ötür. Nə qədər ki Azərbaycan xalqı var, dövlətimiz var, bizlər millətimiz və dövlətimizin yolunda fədəkarlıq edərək ,canlarını heçə sayan vətən övladlarını unutmayacaq ,onların xatirəsini həmişə hörmət və ehtiramla yad edəcəyik.

Məktəbin tarix müəllimi Ülvi Quliyev 10 yanvar 2020-ci il tarixində tədris etdiyi siniflərdə  şagirdlərə bu hadisə barədə ətraflı məlumat verdi. Verilən məlumatın yekunu olaraq şagirdlər Heydər Əliyev Fondunun dəstəyi lə çəkilən “Əbəd ezamyyət” sənədli flmini böyük maraqla izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi