Məktəbin məzunu sertifikatla təltif olundu
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 2019-cu il məzunu Qasımova Dinarə Almədət qızı 2019-cu il Fənn Olimpiadalarının Respublika turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə iştirak etdiyinə görə Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramov tərəfindən sertifikatla təltif olunmuşdur. Bu münasibətlə məzunumuzu təbrik eidr və ona gələcək tədrisində və işlərində uğurlar arzulayırıq.
Qasımova Dinarə Almədət qızı 2019-cu ildə 620 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olmuşdur.