Vahid Əliyevlə görüş

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru Respublikanin Əməkdar artisti Vahid Əliyev mütaliə ilə bağlı 171 saylı tam orta məktəbdə şagirlərlə görüş keçirdi. Açılışı məktəbin direktoru Rövşən Qasımov etdi. Görüşdə məktəbin direktoru Rövşən Qasımov və digər müəllimlər iştirak edirdilər. Vahid Əliyev mütaliə haqqında geniş məlumat verdi. Tələbəlik illərində oxuduğu kitablar haqqında danışdı. Eyni zamanda tədbirdə məktəbin müxtəlif sinif şagirdləri də iştirak edirdi. Görüşdə iştirak edən şagidlər müxtəlif suallar verdilər. Tanınmış aktyor verilən sualları cavablandırdı. Şagirdlər bu görüşdən məmnun qaldılar. 7 b sinfiŞagirdlər Ənvər Məmmədxanlının həyat və yaradıcılığı barəsində məruzələr etmiş, əsərləri haqqında məlumat vermişlər. Onun “ Qızıl qönçələr “ əsəri müzakirə edilmiş, əsərin qəhrəmanları haqqında şagirdlər öz fikirlərini bildirmişlər. Əlizadə Ayan Natiq qızı, Mustafayev Ceyhun Natiq oğlu, Əzizova Gülay Namiq qızı, İbrahimbəyli Rəşad Xaliq oğlunun iştirakı ilə əsərdən kiçik hissələr göstərilmişdir. 10b sinfiŞagirdlərə məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Ömərova Nəzirə Şəmistan qızı Xurşudbanu Natavanın həyat və yaradıcılığı barəsində ətraflı məlumat verdi.İlk dəfə Qarabağda yaradılan “Məclisi-üns” ədəbi-məclisinin yaranmasının tarixindən, onun məram və məqsədindən geniş danışaraq şagirdləri məlumatlandırdı. Xurşudbanu Natavanın “Oğluma” şerinin müzakirəsi aparıldı. Mustafayeva Şəhanə Natiq qızı, Nuri Şamil Ramil oğlu, Zülfüqarlı Əfsər Əkbər oğlu ifasında şerdən parçalar səsləndirildi. 11 a sinfiŞagirdlər Rəsul Rzanın həyat və yaradıcılığına müraciəyt etmişlər. Onun əsərləri haqqında məlumat verib, daha sonra “Qızılgül Olmayaydı” əsəri barəsində müzakirələrə başlanıldı. Məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi İmamverdiyeva Afaq Azər qızı şagirdlərə daha ətraflı məlumat verdi. Daha sonra C. Cabbarlı yaradıcılığına da diqqət yetirildi. Onun "Oqtay Eloğlu" əsərində milli teatrın inkişafı uğrunda mübarizədən danışıldı. Əsərin qəhrəmanları barəsində şagirdlər öz fikirlərini bildirdilər. Hüseynova Şükriyyə Sərxan qızı, Həsənova Turac Namiq qızı, C.Cabbarlının digər əsərləri barəsində də ətraflı məlumatlar verdilər.