“Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26 noyabr 2019-cu il tarixli, F-448 nömrəli əmrinə əsasən 19 dekabr 2019-cu il tarixində məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi. Layihənin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldığı müəssisə ilə yaxınlığını təmin etmək, məktəblə onların tanışlığını həyata keçirmək olmuşdur.
Valideynlər məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriyalarla, informatika, linqafon kabinetləri, kitabxana, oxu zalı ilə tanış oldular. Valideynlər öz seçimlərinə əsasən dərslərdə iştirak etdilər, böyük akt zalında şagirdlərin tədbirə hazırlığına baxdılar.
Məktəblə tanışlıqdan sonra məktəbin konfrans zalında məktəb rəhbərliyin və valideynlərin iştirakı ilə fikir mübadiləsi və müzakirələr aparıldı. Valideynlər məktəbə dair rəy və təkliflərini qeyd etdilər. Layihənin sonunda valideynlər üçün şagirdlərin hazırladıqları musiqli proqram təqdim edildi. Sonda xatirə şəkili çəkdirildi.
Valideynlər məktəbdə yaradılmış şəraitə görə və səmimi görüş üçün məktəb rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildirdilər.