Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirildi

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq 12 dekabr 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nöməli tam orta məktəbdə silsilə tədbirlər keçirildi. Birinci dərs məktəbin radio qovşağı ilə şagirdlərə və müəllimlərə Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu haqqında ətraflı məlumat verildi. Məktəbin giriş hissəsində və sinif otaqlarında Ulu öndərə həsr olunmuş guşələr yaradıldı, informatika kabinetində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarxlar nümayiş etdirildi. Məktəb üzrə siniflərdə şagirdlər Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər,  anım gününə hərs edilmiş esse yazdılar, divar qəzetləri nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi