“Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi üzrə inşa yazı müsabiqəsi keçirildi

Təhsil Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə  “Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi üzrə ölkənin ümumtəhsil müəssisələrində X-XI sinif şagirdlərinin iştirakı ilə müəyyən olunmuş mövzularda ölkə üzrə vahid gündə - 7 dekabr 2019-cu il tarixində inşa-yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

          Bununla  əlaqədar  Bakı  Şəhəri  üzrə  Təhsil İdarəsinin  02.12.2019-cu il tarixli 6955-04/17 nömrəli  məktubu  ümumi  təhsil məktəblərinə  göndərilmişdir.

        Müsabiqənin Əsasnaməsində göstərilən aşağıdakı 7 mövzunun hamısı əhatə olunmaqla

1.    Azərbaycan qadınının ailə büdcəsinə verdiyi töhfə və onun milli iqtisadiyyata təsiri;

2.    Təhsilin Azərbaycan qızlarının müqəddəratına təsiri;

3.    Azərbaycan ailəsində uşaqların sayı və cinsinə görə ayrıseçkilik ( reproduktiv sağlamlıq);

4.    Azərbaycan ailəsində qadınlara və qızlara qarşı zorakılığa (əl qaldırma və s.) münasibətiniz;

5.    Azərbaycanın köçkün qadınlarının göstərdiyi şücaət;

6.    Azərbaycanda Lider qadınlar və onların formalaşmasında imkanlar, çətinliklər və maneələr;

7.    Azərbaycan qadınının məlbuatdakı obrazına münasibətiniz

      Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 7 dekabr 2019-cu il  tarixdə  saat 10.00-da X-XI  sinif şagirdlərinin  iştirakı  ilə  inşa-yazı müsabiqəsinin təşkili və keçirilməsi təmin olundu, məktəb daxilində yaradılmış komissiya tərəfindən işlər təlimata uyğun qiymətləndirilərək 1  (bir)  ən yaxşı işi seçildi və Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinə  təqdim olundu.

Onu da nəzərinizə çatdırırıq ki, yuxarıda göstərilən, xüsusilə də, Ölkəmiz üçün spesifik və önəmli olan “Azərbaycanda Lider qadınlar və onların formalaşmasında imkanlar, çətinliklər və maneələr”, “Təhsilin Azərbaycan qızlarının müqəddəratına təsiri”, “Azərbaycanda köçkün qadınların göstərdiyi şücaət”  kimi mövzulara daha çox diqqət yetirilməlidir.

7 dekabr 2019-cu il tarixdə   ümumi təhsil müəssisələrində  keçiriləcək  inşa  yazı  müsabiqəsində  təşkilatçı  qurumların  (Təhsil Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, “Lider Qadınlar” İctimai Birliyi) nümayəndələrinin  iştirakı da  nəzərdə  tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi