Xətai rayon İcra Hakimiyyətinin başçısı məktəbimizdə oldu
Xətai rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Quluyev Zaur Məmmədov adına 171 nömdəli tam orta məktəbdə oldu. İcra başçısı məktədə yaradılmış şəraitlə tanış oldu. Fənn kabinetlərinə, laboratoriyalara baxdı, məktəbdə yaradılmış hərbi vətənpərvərlik və tarix guşəsi ilə tanış oldu, informatika kabinetində müasir İKT avadanlıqlarının mövcudluğu, məktəbə verilmiş robot dəstləri ilə maraqlandı, linqafon kabinetlərində şagirlərin ingilis dilində sərbəst danışıqlarını dinlədi. Məktəbin bufetinə və böyük akt zalına baxdı. Siniflərdə dərslərdə iştirak edərək keçirilən tədrisin keyfiyyəti ilə maraqlandı, şagirdlərə vətənpərvərlik mövzusunda suallar verdi, şagirdlərlərlə müzakirələr apardı, şagirdlərə vətənpərvər olmağı, dərslərini əla qiymətlərlə oxumağı tövsiyyə etdi. Məktəbin problemləri ilə maraqlandı, müvafiq tapşırıq və tövsiyyələrini verdi.