Ağacəkmə aksiyası keçirildi
Dahi şair İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçiriləcək kampaniyaya qoşularaq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirildi. Aksiyada Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, məktəbin direktor Zemfira Məsiyeva, Xətai rayonunda yerləşən bir sıra idarə və təşkilatların nümayəndləri, müəllimlər və şagirdlər iştirak edirdi. Aksiya zamanı 250-dən çox meyvə və şam ağacları əkildi və suvarıldı. Aksiya iştirakçıları tədbirdə böyük həvəslə, çoşqu və bayram əhval ruhiyyəsi ilə qatıldılar.
Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkiləcək. Ən çox bal verən nektar ağaclarının əkilməsinə üstünlük veriləcək.
Məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır. Ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edəcək.
Ağac əkiləcək bütün ərazilərdə torpaq hazırlıq işləri başa çatıb, çalalar qazılıb, əkiləcək ağac tingləri ərazilərə gətirilib.
Dahi şair İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçiriləcək kampaniya bütün regionları əhatə edəcək.
650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılması, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılması, karbon qazının udulması, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.