İngilis dili fənnindən məktəbdaxili monitorinq keçirildi
5 dekabr 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 9-cu siniflərdə buraxılış imtahanlarına hazırlıq səviyyəsini yoxlamaq məqsədi ilə Azərbaycan və rus bölməsində ingilis dili fənnindən məktəbdaxili monitorinq keçirildi. Monitorinqdə tapşırıqlar buraxılış imtahnın II mərhələsinə uyğun 2 variantda hazırlanmışdı.
Nəticələr qısa müddətdə yoxlanılacaq, şagirdlərə və valdeynlərə bildiriləcək. Metodbirləşmə iclasında təhlil olunacaq və müzakirə aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.