Anım Günü
27 Sentyabr - Anım günüdür!
Bu gün respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən, işğaldan azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir. Biz də, öz növbəmizdə, 161 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi olaraq Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad etdik. Anım gününə həsr olunmuş tədbirimizə müxtəlif hərbi rütbəli fəxri qonaqlarımız, xalqımızın qürur mənbəyi olan qazilərimiz, şəhid ailələri üzvləri dəvət edilmişdir.
Şəhidlərimizin xatirəsini daim uca tutmaq və bunu şagirdlərimizə aşılayaraq gələcək nəsillərə ötürmək hər birimizin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə və qazilərimizə vəfa borcumuzdur!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!