Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinə ekskursiya

C.Cabbarlı adına 161 №li məktəbin şagird və pedoqoji kollektivi 06.02.2020 ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinə ekskursiya təşkil etmişdir.  Muzeydə şagirdlərə müxtəlif dövrlərdə maarifin və bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına çalışan görkəmli maarifçilər, ilk müəllimlər, pedaqoq-alimlərin fəaliyyəti, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsi, müxtəlif növ təhsil müəssisəsinin yaranması, qadın təhsilinin inkişafı, bu sahədə aparılan islahatlar və təhsilə dövlət qayğısını əks etdirən sənəd və materiallar, nadir dərs vəsaitləri və ləvazimatları, müxtəlif illərə dair dərslik və proqramlar, bütün növ qabaqcıl təhsil müəssisəsi, o cümlədən məktəbdənkənar müəssisələrin fəaliyyəti və iş təcrübəsi, tədris müəssisələrində istifadə edilən texniki-tədris vasitələri, müəllim, şagird və tələbələrin əl işləri, əyani vəsaitlər, albomlar, maketlər, hədiyyələr haqqında məlumat verildi.Ekskursiyanın əsas məqsədi şagirdlərə qədim zamanlardan etibarən müasir dövrə qədər Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini ,  ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi